HAQQIMIZDA

  «MEP SERVİCE»  2018-ci ildə təsis olunmasına baxmayaraq,  şirkətimizin mütəxəsisləri geniş biliklərə və çoxillik təcrübəyə malikdirlər. Binaların, mülki və sənaye obyektlərinin mühəndisi kommunikasiyalarının layihələndirilməsi və quraşdırılması sahəsində ixtisaslaşmış bir kollektivə maliyik.Hər zaman keyfiyyətlı və təhlükəsiz iş icra etmək; sağlamlığı və ətraf mühiti qoruyaraq fəaliyyət göstərmək məqsədi tutan şirkətimiz bizimlə əməkdaşlıq edən digər şirkət işçilərinin də təhlükəsizliyini,sağlamlığını və əmək şəraitini diqqət mərkəzində saxlayır.

   Şirkətimiz gənc olmasına baxmayaraq, artıq , bir neçə layihələri uğurla həyata keçirmişdir.MEP layihələrini bizə etibar  edən sifarışçilərimiz arasında aparıcı yerli şirkətlərlə bərabər xarici şirkətlər də var.Xarici şirkətlərlə  yüksək səviyyədə əməkdaşlıq etmək bizə  işimizdə daha da əminlik yaradır.

“ MEP SERVICE”  MMC     16 sentyabr  2019-cu il tarixdə  EL-558/2019 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respublıkasının İqtisadiyyat Nazirliyinin  “YANĞINDAN  MÜHAFİZƏ SİSTEMLƏRİNİN VƏ VASİTƏLƏRİNİN QURAŞDIRILMASI, TEXNİKİ XİDMƏTİ VƏ TƏMİRİ”   xüsusi lisenziyasını almışdır.

      Şirkətimiz bu mühəndislik sahələrində öz xidmətini təklif edir:

  • Avtomatik yanğınsöndürmə sistemləri
  • Daxili yanğınsöndürmə sistemləri
  • Xarici yanğınsöndürmə sistemləri (hidrant xəttləri)
  • Qazlı yanğınsöndürmə sistemləri (FM200 , NOVEC)
  • Yanğın və su  nasoslarının quraşdırılması
  • Yanğın siqnalizasiya sistemləri
  • Mühafizə siqnalizasiya sistemləri
  • Xəbərdarlıq sistemləri
  • Kompüter şəbəkəsi
  • Telekommunikasiya sistemləri
  • Video müşahidə sistemləri
  • Elektrik xətləri
  • Su və kanalizasiya sistemləri
  • Havalandırma sistemləri
  • Soyutma və isitmə sistemləri
  • Qazanxana
  • Avtomatik suvarma sistemləri

«MEP SERVİCE» ailəsi olaraq, Sizə münasib qiymətlərlə yanaşı, müasir, daxili və xarici standartlara cavab verən yüksək keyfiyyətlı işə zəmanət veririk.